Avro bu ilin ən problemli valyutası olacaq

Avro bu ilin ən problemli valyutası olacaq
# 14 fevral 2017 13:05 (UTC +04:00)

2017-ci ilin "ən problemli valyuta"sı adına namizədlər açıqlanıb. "APA-Economics" "MarketWatch" agentliyinə istinadən xəbər verir ki, dollar, avro, funt sterlinqi, yen və yuan ciddi təzyiqlə üzləşsələr də, Avrozonanın vahid valyutasının üzləşdiyi risklər daha ciddidir.


Beləliklə, avro 2017-ci ilin "ən problemli valyutası" adına ən real namizəddir.


Avrozonada iqtisadi artım sürətlənməkdədir. Buna isə daha çox Avropa Mərkəzi Bankının həyata keçirdiyi kəmiyyət yumşaldılması proqramı (QE) səbəb olur. Avronun zəifləməsi isə regiondan ixracın artmasına səbəb olur.

Bu ilin sentyabr ayında Almaniyada, bundan öncə isə Fransa və Hollandiyada seçkilər baş tutacaq. Siyasi və iqtisadi amillər isə bundan sonra da avronun zəifləməsinə səbəb olacaq. Bununla yanaşı, dolların güclənməsi də avroya təzyiq göstərəcək.

Avronun zəifləməsinə üç amil təsir göstərir. Bu isə Avropa İttifaqının aparıcı qüvvəsi olan Almaniya üçün ciddi təhdiddir.

Birincisi, Avrozonanın daxilində balansın qorunması üçün tətbiq olunan "Target-2" sistemidir. Hazırda bu sistem Almaniyadakı artıq vəsaitlərin Avrozonanın daha aşağı kreditləşmə qabiliyyəti olan ölkələrinə yönəldilməsinə səbəb olur ki, bu da potensial risk amilidir.

İkincisi, Bundesbank Nyu-Yorkdakı qızıl ehtiyatlarının geri qaytarılmasına daha çox diqqət ayırmağa başlayıb. Bundesbank qeyd edir ki, hazırda Almaniyanın qızıl ehtiyatının (ümumi ehtiyatın həcmi 3378 tondur) 47,9%-i Frankfurtda qorunur. Bununla yanaşı, ehtiyatın 36,6%-i Nyu-Yorkda, 12,8%- Londonda və 2,7%-i Parisdə saxlanılır. Qızıl ehtiyatlarının qaytarılmasına planlaşdırılandan xeyli tez başlanıb.

Üçüncüsü, Beynəlxalq Valyuta Fondu Yunanıstanın borc yükünün azaldılmasını tələb edir. Bu tələbin yerinə yetirilməsi Almaniya hökumətinin narazılığına səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR