Ağstafa sakinini avtomobil vurub

Ağstafa sakinini avtomobil vurub
# 09 sentyabr 2017 21:57 (UTC +04:00)

Ağstafada piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb. Mərkəzi xəstəxananın qarşısından yolu keçmək istəyən 1944-cü il təvəllüdlü Cəlilov Elxanı “VAZ” markalı avtomobil vurub. Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR