Bakıda avtobusun vurduğu qadın ölüb

Bakıda avtobusun vurduğu qadın ölüb
# 20 mart 2018 07:56 (UTC +04:00)

Martın 19-da saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR