Ermənistanın hökumət binasında mühafizə xidmətinin əməkdaşı özünü güllələyib

Ermənistanın hökumət binasında mühafizə xidmətinin əməkdaşı özünü güllələyib
# 07 sentyabr 2015 10:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Ermənistanın hökumət binasında intihar hadisəsi baş verib.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, binanın mühafizə xidmətinin əməkdaşı, 32 yaşlı Lüdviq Ovanisyan silahla atəş açaraq özünü öldürməyə cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Hökumətin aparat rəhbəri David Artunyan faktı təsdiqləyib və həmin şəxsin öz əməkdaşları deyil, mühafizə xidməti göstərən şirkətin əməkdaşı olduğunu bildirib. L. Ovanisyan intihar cəhdindən əvvəl məktub yazıb. Lakin məktubun mətni hələlik açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR