Ağdaşda narkotik plantasiyası aşkarlanıb

Ağdaşda narkotik plantasiyası aşkarlanıb
# 30 sentyabr 2017 11:07 (UTC +04:00)

Ağdaş rayonunda qanunsuz narkotik bitkilər yetişdirən və evində narkotik saxlayan şəxs saxlanlıb.

Ağdaş rayon Polis Şöbəsinin baş təhqiqatçısı, kapitan Rəşid Musayev APA-nın yerli bürosuna bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Pirəzə kənd sakini, 1976-cı il təvəllüdlü Eminov Məhəmmədiyə Xəlil oğluna məxsus evin həyətyanı sahəsindən xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb. Polis əməkdaşları narkotik plantasiyasına baxış keçirərkən oradan ümumi çəkisi 207 kiloqram, hündürlüyü 4,5 metr olan 17 ədəd çətənə bitkisi aşkar edib.

Bundan başqa, keçirilən əməliyyat zamanı Məhəmmədiyə Eminovun evinə baxış keçirilib və oradan qanunsuz saxlanılan və ümumi çəkisi 145 qram olan qurudulmuş marixuana aşkarlanıb. M. Eminov polis əməkdaşlarına ilkin ifadəsində narkotik kollara vaxtaşırı qulluq etdiyini və həmin bitkilərdən narkotik vasitə hazırlayaraq özü istifadə edəcəyini bildirib.


Faktla ağlı Ağdaş rayon Polis Şöbəsinin təhqiqat qrupu tərəfindən araşrıma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR