İŞİD ABŞ-ın ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib

İŞİD ABŞ-ın ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib
# 14 aprel 2017 21:26 (UTC +04:00)

İŞİD terror qruplaşması ABŞ-ın ötən gün Əfqanıstanda istifadə etdiyi ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, qruplaşmanın bəyanatına əsasən, zərbə nəticəsində silahlılardan nə ölən, nə də yaralanan olmayıb.

Qeyd edək ki, ABŞ ötən gün döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. Ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.

Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub.

Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR