Nazir: “Terrorizmlə mübarizə Aİ, ABŞ və Rusiya ilə əməkdaşlıqda prioritet sahədir”

Nazir: “Terrorizmlə mübarizə Aİ, ABŞ və Rusiya ilə əməkdaşlıqda prioritet sahədir”
# 07 mart 2017 15:22 (UTC +04:00)

“Azərbaycan daha bir təhdid və çağırışla üzləşir. Bu, terrordur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, terror ümumi bəladır: “Azərbaycana kifayət qədər yaxın olan Yaxın Şərqdə baş verənlər daim ölkəmizin gündəmindədir. Azərbaycan aparıcı tərəfdaşları ilə bu istiqamətdə fəal işləyir. Terrorizmə qarşı mübarizə Azərbaycanın Avropa İttifaqı, ABŞ və Rusiya ilə əməkdaşlıqda prioritet hesab etdiyi sahədir. Rusiya ilə müzakirələrdə bu məsələ hər zaman qaldırılır. Bizim müvafiq strukturlarımız daim təmasdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR