Almaniya vətəndaşı Palmirada kütləvi edamlarda iştirak etməkdə ittiham olunub

Almaniya vətəndaşı Palmirada kütləvi edamlarda iştirak etməkdə ittiham olunub
# 04 yanvar 2017 01:27 (UTC +04:00)

Almaniya Baş Prokurorluğu ölkənin 28 yaşlı vətəndaşına qarşı İŞİD-in Suriyanın Palmira şəhərində 2015-ci ildə törətdiyi kütləvi edamlarda iştirak etməsinə dair ittiham irəli sürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, prokurorluğun məlumatına əsasən Harri C. adlı şəxs 2015-ci ilin aprelində Suriyaya gedib, həmin ilin iyulunda isə geri döndükdə həbs edilib.

“2005-ci ilin iyununda İŞİD üzvləri Palmiranın mərkəzi bazar meydanında altı əsiri edam ediblər. Tapança ilə silahlanmış ittiham olunan şəxs qurbanlardan birini şəxsən edam yerinə gətirib”, - deyə prokurorluğun məlumatında bildirilir.

Məlumata görə, son illərdə 800-dən çox Almaniya vətəndaşı Suriya və digər Yaxın Şərq ölkələrində terrorçulara qoşulmaq məqsədilə ölkəni tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR