Bakı sakini intihar edib

Bakı sakini intihar edib
# 01 noyabr 2016 14:00 (UTC +04:00)

Bakıda intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb. Orada yaşayan, 1990-cı il təvəllüdlü Nadir Mikayıl oğlu Əliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Onu da əlavə edək ki, bir uşaq atası olan N. Əliyev əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR