Bərdədə yaşayış evi yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bərdə rayonu, Qaraməmmədli kəndində ümumi sahəsi 210 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 174 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.