Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1,4 mlrd. manata yaxınlaşıb

Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1,4 mlrd. manata yaxınlaşıb
# 30 dekabr 2019 18:01 (UTC +04:00)

Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği ayın əvvəlindən 14 553 min manat və yaxud 1,1% artaraq bu il dekabrın 30-na 1 390 308 min manat təşkil edib.

"APA-Economics"in Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna istinadən verdiyi məlumata görə, dekabrın 1-i ilə müqayisədə dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 193 vahid artaraq ay sonuna 27 870-ə çatıb.

Zəmanət verilmiş kreditlərin məbləği də hesabat dövründə 17 115 min manat və ya 32,5% artaraq 69 724 min manata yüksəlib.

Hazırda Fondun 723 878 002 manatlıq istiqrazı dövriyyədədir.

Qeyd edək ki, hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR