Yunanıstanın Lesbos adasında polis qaçqınlara qarşı dəyənəklərdən istifadə edib

Yunanıstanın Lesbos adasında polis qaçqınlara qarşı dəyənəklərdən istifadə edib
# 06 sentyabr 2015 04:42 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın Lesbos adasında xüsusi təyinatlı polis dəstəsi etiraz aksiyası keçirən qaçqınlara qarşı dəyənəklərdən istifadə edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Telegraph məlumat yayıb.

Məlumata görə, hazırda adada 17 minədək miqrant var.

Aksiya iştirakçıları “Sığınacaq”, “Bizi Afinaya buraxın” kimi şüarlar səsləndirir.

Qaçqınların müəyyən hissəsinin adada artıq 2 həftədən çox müddət olduğu bildirilir.

Bundan əvvəl polis Lesbos adasında gəmiyə minməyə cəhd edən miqrantları dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR