Fətullah Gülənin daha iki qohumu saxlanılıb

Fətullah Gülənin daha iki qohumu saxlanılıb
# 24 oktyabr 2016 02:22 (UTC +04:00)

Bakı-APA. Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüsüyn Gülən və Büşra Gülən saxlanılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində İzmir yaxınlığında tutulublar.

Saxlanılanlar FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda, həmçinin "ByLock" adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Məlum olduğu kimi, Fətullah Gülən şəbəkə üzvlərinə təlimatları "ByLock" əlaqə proqram vasitəsilə göndərirmiş.

Xatırladaq ki, oktyabrın 5-də Sakarya vilayətində Fətullah Gülənin əmisinin nəvəsi Semiha Kabakçı və əri Necmi Kabakçı həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR