Тacikistan elektrik enerjisiz qalıb

Тacikistan elektrik enerjisiz qalıb
# 28 oktyabr 2016 18:19 (UTC +04:00)

Enerji sistemində baş verən qəzaya ilə əlaqədar Tacikistan ərazisinin 90% işıqsız qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda qəzanın səbəbləri müəyyənləşdirilir.

İlkin məlumata görə, elektrik enerjisinin kəsilməsinə paytaxt Düşənbədən 100 km şərqdə yerləşən Nurek SES-da yaranan nasazlıq səbəb olub.

Elektrik enerjisinin kəsilməsi yaşayış evləri, müəssisələri, küçələri işıqsız qoyub, yollarda işıqforlar işləmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR