İstanbulda terror aktı zamanı ölən Nuranə Həsənovanın Rusiya vətəndaşı olduğu müəyyənləşib

İstanbulda terror aktı zamanı ölən Nuranə Həsənovanın Rusiya vətəndaşı olduğu müəyyənləşib
# 02 yanvar 2017 11:50 (UTC +04:00)

İstanbulda gecə klubuna hücum nəticəsində ölən Nuranə Həsənova Rusiya vətəndaşı olduğu müəyyənləşib.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yer alan məlumatda deyilir:

“İstanbuldakı dəhşətli terror aktı nəticəsində Rusiya vətəndaşı Nuranə Həsənova ölüb. Onun yaxınlarına başsağlığı veririk”.

N. Həsənovanın əslən azərbaycanlı olduğu bildirilir.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR