Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

 Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 05 sentyabr 2015 08:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 4-də saat 14:30 radələrində, Pirşağı-Mehdiabad yolunda Bakı şəhər sakini Yaşar Həsənabadov “Opel” markalı avtomobilin idarəetməsini itirərək maneəyə vurub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR