Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilir

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilir
# 06 sentyabr 2017 09:50 (UTC +04:00)

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı başlayıb.

APA-nın məlumatına görə, Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin iştirak etdiyi üçtərəfli görüş media üçün qapalı keçirilir.

Görüşün sonunda nazirlər mətbuat üçün bəyanatla çıxış edəcəklər.

Görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarların nəzərdən keçirilməsi, üç ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələlərinin müzakirə olunması və “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı”nın imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR