Vyetnamın paytaxtında karaoke-bar yanıb, azı 13 nəfər ölüb

Vyetnamın paytaxtında karaoke-bar yanıb, azı 13 nəfər ölüb
# 01 noyabr 2016 20:14 (UTC +04:00)

Vyetnamın paytaxtı Hanoyda karaoke-barda baş vermiş güclü yanğın nəticəsində azı 13 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, gecə saatlarında baş verən yanğın qısa müddət ərzində obyektə bitişik üç binaya və yaxınlıqdakı avtomobillərə yayılıb.

Hadisə yerinə yanğınsöndürən, polis və həkim briqadalı cəlb olunub. Yanğının söndürülməsi zamanı iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR