® "PAŞA Həyat" Sığorta Şirkəti 3000-ci iştirakçını mükafatlandırıb

<font color=red>® </font>  "PAŞA Həyat" Sığorta Şirkəti 3000-ci iştirakçını mükafatlandırıb
# 30 mart 2018 11:04 (UTC +04:00)

Artıq 5-ci ildir ki, PAŞA Həyat Sığorta şirkətinin “Korporativ sosial məsuliyyəti” çərçivəsində ödənişsiz əsasda təlimlər təşkil olunur və bu təlimlərə ictimaiyyət tərəfindən göstərilən maraq dayanmadan artır.

Qeyd olunan layihənin davamı olaraq, Mart ayının 13-15 tarixlərində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda PAŞA Həyat Sığortanın baş ofisində təşkil olunmuş təlimdə 53 nəfər tələbə və müxtəlif könüllülər iştirak edib. Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuş və fərqlənən tələbələrə hədiyyələr verilib.

Eyni zamanda bu təlim, 3000-ci iştirakçının mükafatlandırılması ilə diqqəti çəkib. Bu mükafata Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Mina Ələsgərova layiq görülüb.

Bu günə qədər Şirkətin Təlim Mərkəzi tərəfindən keçirilmiş 119 təlimin nəticəsi olaraq, 3025 nəfər iştirakçı qeydə alınıb.

Qeyd edək ki, bu layihə yerli sığorta bazarında ən böyük və ən uzunmüddətli maarifləndirmə layihəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR