İtaliyada sərnişin qatarı relsdən çıxıb

İtaliyada sərnişin qatarı relsdən çıxıb
# 06 avqust 2017 12:49 (UTC +04:00)

İtaliyada torpaq sürüşməsi nəticəsində sərnişin qatarı relsdən çıxıb.

APA-nın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, şənbə günü leysan və dolu ilə müşahidə olunan fırtına İtaliyanın şimal-şərqində Trentino-Alto-Adice əyalətində torpaq sürüşməsinə yol açıb.

Torpaq sürüşməsi bu gün 80 sərnişinin olduğu qatarın relsdən çıxmasına səbəb olub. Qatarın relsdən çıxması nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR