AÇG üzrə hasilat açıqlanıb, bu il layihəyə 1,2 mlrd. dollar yatırılıb

AÇG üzrə hasilat açıqlanıb, bu il layihəyə 1,2 mlrd. dollar yatırılıb
# 20 noyabr 2017 09:43 (UTC +04:00)

2017-ci ilin ilk III rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinə 339 mln. dollardan artıq əməliyyat məsrəfləri və təqribən 890 mln. dollar əsaslı məsrəflər xərclənib.

"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üzrə AÇG-dən ümumi hasilat - Çıraq (52 min), Mərkəzi Azəri (133 min), Qərbi Azəri (120 min), Şərqi Azəri (80 min), Dərinsulu Günəşli (119 min) və Qərbi Çıraq (81 min) platformalarından birlikdə - gündə orta hesabla 585 min barel və ya ümumilikdə təqribən 160 mln. barel, yəni 22 mln. ton təşkil edib.

Hesabat dövrünün sonuna AÇG-də ümumilikdə 114 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub.

Üç rüb ərzində AÇG-də 15 neft hasilat quyusu, 4 suvurma quyusu qazılıb.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8,6 mln. kubmetr, ümumilikdə isə 2,4 mlrd. kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG-də iştirak payları: BP (operator - 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), INPEX (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “Itochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar. Saziş Milli Məclis tərəfindən 31 oktyabr 2017-ci il tarixində ratifikasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR