Azərbaycanda 2 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılıb

Azərbaycanda 2 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılıb
# 25 iyul 2018 18:00 (UTC +04:00)

Azərbaycanda 2 vəkilə töhmət verilib, 1-in isə fəaliyyəti dayandırılıb.

Bu barədə APA-ya Vəkillər Kollegiyasından məlumat verilib.

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bügünku iclasında, həmçinin 10 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 2 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilin də Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınıb. Digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.

Bundan başqa, iclasda Vəkillər Kollegiyası üzvlərinin peşə fəaliyyəti zamanı yol verdikləri nöqsanlar, onlardan şikayətlər və digər məsələlərlə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin “Qaynar xətti”nin yaradılması barədə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR