Amerika Kuboku-2019-da Qətər və Yaponiya yığmaları iştirak edəcək

Amerika Kuboku-2019-da Qətər və Yaponiya yığmaları iştirak edəcək
# 05 may 2018 03:03 (UTC +04:00)

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2019-cu ildə keçiriləcək Amerika Kubokunun iştirakçılar siyahısına Qətər və Yaponiya milli komandalarını daxil edib.

APA-nın “gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, adıçəkilən ölkələr “Copa America”nın Asiya qitəsində populyar olduğu üçün turnirə cəlb ediliblər.

Amerika Kuboku uğrunda turnir 1916-cı ildən keçirilir. 1993-cü ildən etibarən yarışlarda CONMEBOL-a üzv 10 ölkə (Braziliya, Argentina, Uruqvay, Çili, Peru, Ekvador, Kolumbiya, Venesuela, Paraqvay və Boliviya) və əksər hallarda Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin Futbol Konfederasiyasına (KONKAKAF) daxil olan 2 ölkənin yığma komandaları iştirak edir.

Qeyd edək ki, 2019-cu ilin futbol üzrə Amerika kuboku Braziliyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR