Levon Ter-Petrosyan: "Ermənistanı real iqtisadi fəlakət gözləyir"

Levon Ter-Petrosyan: "Ermənistanı real iqtisadi fəlakət gözləyir"
# 13 oktyabr 2016 20:50 (UTC +04:00)

Bakı-APA. "Ermənistanı yaxın zamanda real iqtisadi fəlakət gözləyir". APA-nın “aysor.am”-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

"Rejim idarəçilik sisteminin islahatlaşdırılması və seçki prosesinin səhnələşdirilməsi ilə məşğul olduqca, ölkənin yaxın zamanda real iqtisadi fəlakətlə üzləşməsi gözlənilir. Bu mərasimlər dövlətin sağlamlaşdırılmasına deyil, iqtidarın hakimiyyətini möhkəmləndirməyə və əbədiləşdirməyə xidmət edir”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR