ABŞ Venesuelaya neftin ixracına qadağa qoya bilər

ABŞ Venesuelaya neftin ixracına qadağa qoya bilər
# 31 iyul 2017 09:43 (UTC +04:00)

ABŞ hökuməti Venesuelaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ-ın çağırışlarına rəğmən Venesuela Konstitusiya Assambleyasına seçkilərin keçirilməsidir.

Nəşrin ABŞ rəsmilərinə istinadən verdiyi xəbərdə deyilir ki, Tramp administrasiyası Venesuelaya xam neftin ixracına qadağa qoyulması məsələsini nəzərdən keçirir. İş ondadır ki, ABŞ neftindən fərqli olaraq Venesuela neftinin qatılığı yüksəkdir. Venesuela ABŞ-dan aldığı nefti öz nefti ilə qarışdırır və əldən olunmuş qatqını ixraca göndərir.

Eyni zamanda Venesuelanın rəsmi şəxslərinin yer aldığı “qara siyahı”nın genişləndiriləcəyi də istisna deyil.

Yeni sanksiyalar hələlik təsdiq olunmasa da, bu gündən qüvvəyə minə biləcəyi istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR