SKMF Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

SKMF Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
# 02 iyun 2015 07:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Hacıqabul rayonunda işgüzar forum keçirib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;

- cins heyvandarlıq, taxılçılıq və bağçılıq təsərrüfatlarının yaradılması;

- çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün SKMF-ya müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR