İranın ali lideri Silahlı Qüvvələr komandanlığında kadr dəyişikliyi edib

İranın ali lideri Silahlı Qüvvələr komandanlığında kadr dəyişikliyi edib
# 19 noyabr 2016 19:27 (UTC +04:00)

İranın ali lideri, Silahlı Qüvvələrin ali baş komanı Əli Xamenei ordu komandanlığında kadr dəyişikliyi edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali liderinin saytında dərc edilmiş məlumatda bildirilir.

Əli Xameneinin imzaladığı sərəncamlara əsasən, briqada generalı Əhməd Rza Purdastan ali baş komandanının müavini vəzifəsinə, briqada generalı Kiomars Heydəri isə quru qoşunların komandanı vəzifəsinə təyin edilib.

Yeni təyinatadək Əhməd Rza Purdastan quru qoşunların komandanı, Kiomars Heydəri isə onun müavini vəzifəsində xidmət ediblər.

Ali baş komandanının müavini vəzifəsində çalışmış general Əbdürrəhman Müsəvinin vəzifəsindən kənarlaşdırılmasının səbəbi açıqlanmır. Xamenei ona xidmətlərinə görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR