Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Əli Hüseynovun APA-ya açıqlamasında deyib ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2016-cı ilin sentyabrın 10-da Ələt-Astara yolunun Lənkəranın Liman şəhərindən keçən hissəsində olub. Lənkəranın Boladi kənd sakini Bəxtiyar Quliyevin avtomobili Parakənd qəsəbə sakini Eldar Aslanovun avtomobil ilə toqquşub.
Nəticədə Bəxtiyar Quliyev, onun həyat yoldaşı Əzizə Quliyeva, sərnişinlər - Bahar Bağırova, Nazilə Seyfullayeva və Reyhan Mahmudova ölüblər. Digər sürücü Eldar Aslanov və sərnişinləri Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli və Elvin Mirzəzadə isə xəsarət alıblar.
Beş nəfərin ölümünə səbəb olan sürücüyə 8 illik həbs verilib
24 noyabr 2017 06:44 (UTC +04:00)
Hadisə
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxs məhkəmədə həbs olunub
16:58
1 may 2024
Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru, direktor müavini və şöbə müdiri rüşvət alarkən saxlanılıb- VİDEO
16:51
1 may 2024
Şəmkirdə inşaat materialları mağazası yanıb, xəsarət alan var - YENİLƏNİB - FOTO
16:47
1 may 2024
Xırdalanda evdən qadın meyiti tapılıb
16:24
1 may 2024