Böyük Britaniya Suriyada humanitar karvanın bombalanmasında Rusiyanı günahlandırıb

Böyük Britaniya Suriyada humanitar karvanın bombalanmasında Rusiyanı günahlandırıb
# 11 oktyabr 2016 18:44 (UTC +04:00)

Bakı-APA. Suriyada humanitar karvanın bombalanmasında Rusiyanın məsuliyyət daşıdığını təsdiqləyən sübutlar var.

APA-nın “Reuter”ə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın XİN rəhbəri Boris Conson deyib.

Onun sözlərinə görə, Suriyada törədilən hərbi cinayətləri beynəlxalq məhkəmədə araşdırılması üçün səbəblər var.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov qeyd edib ki, Moskva sentyabrın 19-da Hələb yaxınlığında humanitar yardım karvanına hücumun hərtərəfli araşdırılmasına nail olmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR