Avro manata qarşı 0,4% bahalaşıb

Avro manata qarşı 0,4% bahalaşıb
# 18 oktyabr 2016 07:36 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 17-si ilə müqayisədə dəyişməyərək 1,5969 manat təşkil edib.


Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,28% möhkəmlənərək 1,7592 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 17-si ilə müqayisədə 0,4% möhkəmlənərək 0,0254 manat səviyyəsində qərarlaşıb.


Türkiyə lirəsinin məzənnəsi isə 0,1% möhkəmlənərək 0,5163 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9525 manatdır. Beləliklə, funt sterlinq 0,55%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,13% ucuzlaşaraq 0,6738 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR