Sığortaçılardan birinin rəhbəri dəyişib

Sığortaçılardan birinin rəhbəri dəyişib
# 07 noyabr 2016 09:08 (UTC +04:00)

"Standard İnsurance" sığorta şirkətinə yeni rəhbəri təyin olunub. "APA-Economics”z xəbər verir ki, Kamran Bağırov şirkətin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.


Qeyd edək ki, bunadək K. Bağırov şirkətin İdarə Heyətinin sədrinin müavini olub.

Ona da əlavə edək ki, bu vaxtadək şirkətin rəhbəri Aydın Rəhmanov idi. Ötən ay tutduğu vəzifədən azad olunub. A. Rəhmanov hazırda İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasının sədridir.

Bundan başqa, şirkətin Müşahidə Şurasının sədri Fuad Xəlilov təyin olunub. O Kamal İbrahimovu əvəzləyib.

"Standard İnsurance" şirkətinin səhmlərinin 100%-i "AB Standard" QSC-yə məxsusdur. Şirkət 2002-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 11 mln. manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR