Gömrükçülər pirotexniki vasitələrin ölkəyə keçirilməsinin qarşısını alıb

Gömrükçülər pirotexniki vasitələrin ölkəyə keçirilməsinin qarşısını alıb
# 29 noyabr 2016 07:29 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “OKA” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 54040 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR