ABŞ-ın Baltimor şəhərində naməlum şəxs 2 nəfəri güllələyib, 4 nəfəri isə yaralayıb

ABŞ-ın Baltimor şəhərində naməlum şəxs 2 nəfəri güllələyib, 4 nəfəri isə yaralayıb
# 01 dekabr 2016 02:42 (UTC +04:00)

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ticarət obyektinin qarşısında baş verib. Məlumata əsasən, bir nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb.

Yaralananlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Qeyd edək ki, sentyabrda Baltimorda atışma nəticəsində, üçyaşlı uşaq daxil olmaqla, 8 nəfər yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR