Prezident: “ASAN xidmət” göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq mümkündür”

Prezident: “ASAN xidmət” göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq mümkündür”
# 28 dekabr 2016 12:05 (UTC +04:00)

“Mən bir neçə dəfə demişəm ki, “ASAN xidmət”də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə “ASAN xidmət” hər bir sahədə öz təsirini göstərməlidir və göstərir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında deyib.

“Əslində, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq “ASAN xidmət”in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. “ASAN xidmət”, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir. Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da “ASAN xidmət” mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik. Bizim planlarımıza görə, 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq. Ondan sonra bu proses daha da sürətlə gedəcək”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR