Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub
# 18 yanvar 2017 18:01 (UTC +04:00)

Gəncədə avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Həmin küçədə yaşayan 1951-ci il təvəllüdlü Həsənov Raqif Əli oğlu yolu keçən zaman avtomobil onu vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan piyadanı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR