Tramp bu gün yeni fərmanlar imzalayacaq

Tramp bu gün yeni fərmanlar imzalayacaq
# 03 fevral 2017 02:45 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp fevralın 3-də yeni fərmanlar imzalayacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Fərmanların məzmunu açıqlanmır.

Qeyd edək ki, Tramp artıq 7 ölkə vətəndaşlarının ABŞ-a girişinin məhdudlaşdırılması və Silahlı Qüvvələrdə dəyişikliklərin edilməsi daxil olmaqla bir neçə fərman imzalayıb.

ABŞ prezidenti kibertəhlükəsizliyə dair fərman imzalamağa hazırlaşsa da, sonradan bu fikirdən dönüb.

Tramp həmçinin bu gün bir neçə iri amerikalı sahibkarın iştirakı ilə keçiriləcək strategiya və siyasət üzrə yeni forumda iştirak edəcək.

Günün ikinci yarısında Tramp Floridadakı “Mar-a-Laqo” iqamətgahına gedəcək və orada həftəsonu bir neçə görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR