Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb
# 08 fevral 2017 12:37 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze fevralın 13-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə APA-ya Gürcüstan xarici işlər nazirlikdən bildiriblər.

M. Canelidze prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək. Görüşlər zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR