"Bank VTB (Azərbaycan)"ın rəhbərinin vəzifəsindən gedəcəyi təsdiqlənib - YENİLƏNİB

"Bank VTB (Azərbaycan)"ın rəhbərinin vəzifəsindən gedəcəyi təsdiqlənib - <span style="color: red;">YENİLƏNİB
# 01 mart 2017 14:45 (UTC +04:00)

"Bank VTB (Azərbaycan)" ASC-nin Müşahidə Şurasının sədri Mixail Osiyevskinin vəzifəsini tərk edəcəyi dəqiqləşib. "APA-Economics"in sorğusuna cavab olaraq "Bank VTB"-dən bildirilib ki, M.Osiyevski bankir fəaliyyətini dayandırır.


"Başqa vəzifəyə təyinatla əlaqədar Mixail Osiyevskinin "Bank VTB"-ni tərk etdiyi təsdiqləyirik", - deyə bankın açıqlamasında bildirilir.

*** SAAT 17:09

"Bank VTB"-nin İdarə Heyəti sədrinin müavini Mixail Osiyevski tutduğu vəzifədən azad olunub. "APA-Economics" xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

D.Medvedyevin başqa sərəncamı ilə M.Osiyevksi "Rostelekom" dövlət telekommunikasiya korporasiyasının prezidenti vəzifəsinə təyin olunub.

Artıq baş nazir M.Osiyevskini qəbul edib və ona fəaliyyətində uğurlar arzulayıb: "Mən indi "Rostelekom"un Direktorlar Şurasının üzvlərinin toplanması ilə bağlı göstəriş verəcəyəm. Direktorlar Şurasının üzvləri yeni təyinatla bağlı müvafiq qərarları verəcək. Biz artıq sizinlə görüş keçirmişik və bəzi müzakirələr aparmışıq. Lakin mən bir daha dəqiqləşdirmək istəyirəm ki, siz bu məsuliyyətli vəzifədə öz işinizi necə quracaqsınız?"

M.Osiyevski isə qeyd edib ki, yeni təyin olunduğu vəzifə doğrudan da olduqca məsuliyyətlidir: "Bu şirkət telekommunikasiya sahəsinin əsasını təşkil edir. Bizim göstərdiyimiz xidmətlərin nə qədər müasir və əlçatan olmasından vətəndaşlarımızın yaşayışının keyfiyyəti, "ağıllı və rəqəmsal iqtisadiyyat"ın yaradılması asılıdır".

Qeyd edək ki, M.Osiyevski eyni zamanda "Bank VTB (Azərbaycan)" ASC-nin Müşahidə Şurasının sədridir. O "Bank VTB"-də 2012-ci ildən fəaliyyət göstərir.

Belə çıxır ki, yeni vəzifəyə təyinatla əlaqədar M.Osiyevski bankir kimi fəaliyyətinə son qoyacaq. Beləliklə, avtomatik olaraq o "Bank VTB (Azərbaycan)" ASC-nin Müşahidə Şurasının sədri kimi də fəaliyyətini dayandıracaq.

"APA-Economics" bununla əlaqədar banka sorğu göndərib. Sorğunun nəticəsini oxucularımıza təqdim edəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR