Yaponiyanın Naqano prefekturasında xilasedicilər qəzaya uğrayan helikopterin qalıqları altından daha 6 nəfərin meyitini çıxarıblar.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl hadisə yerində 3 nəfərin meyiti aşkarlanıb.
Naqano prefekturasının xilasedici xidmətinə məxsus “Bell 412” helikopteri martın 5-də təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisənin səbəbləri araşdırılır.