Gürcüstan XİN: Nazirlərin Bakı görüşündə əməkdaşlıq planı qəbul olunacaq

Gürcüstan XİN: Nazirlərin Bakı görüşündə əməkdaşlıq planı qəbul olunacaq
# 05 sentyabr 2017 16:51 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sabah Bakıda keçiriləcək 6-cı üçtərəfli görüşündə 2017-2019-cu illər üçün əməkdaşlıq planı qəbul olunacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə nazirlər üçtərəfli əməkdaşlığın inkişafı və perspektivləri, öncəki görüşdə əldə olunmuş qərarların icrasını müzakirə edəcəklər. Görüş çərçivəsində birgə bəyanatın imzalanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu və Gürcüstanın XİN başçısı Mixeil Canelidze artıq Bakıdadırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR