ATƏT PA-nın sədri BMT-də dondurulmuş münaqişələri müzakirə edib

ATƏT PA-nın sədri BMT-də dondurulmuş münaqişələri müzakirə edib
# 02 fevral 2018 19:39 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının Gürcüstandan olan sədri Georgi Tsereteli BMT-də bir sıra görüş keçirib.

APA-nın xəbərinə görə, bu barədə ATƏT Parlament Assambleyasının saytında bildirilir.

BMT Baş Assambleyasının sədri Miroslav Layçak, BMT sədrinin Terrora qarşı mübarizə üzrə müavini Vladimir Voronkov, BMT sədrinin siyasi münasibətlər üzrə köməkçisi Miroslav Yença ilə keçirilən görüşlərdə Ukraynadakı böhran, Cənubi Qafqazda həll olunmamış münaqişələr, Mərkəzi Asiya və Cənub Şərqi Avropada baş verənlər, ümumbəşəri problemlər, miqrasiya və terror əsas diqqət mərkəzində olub.

Georgi Tsereteli beynəlxalq səviyyədə, xüsusilə dondurulmuş münaqişələrlə əlaqədar sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR