Bakıda “Shacman” markalı yük maşını ofisə girib

Bakıda “Shacman” markalı yük maşını ofisə girib
# 08 fevral 2018 17:09 (UTC +04:00)

Bakıda yük avtomobili ofisə girib. APA-nın xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shacman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR