Putin bu gün Mahmud Abbasla görüşəcək

Putin bu gün Mahmud Abbasla görüşəcək
# 12 fevral 2018 01:09 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin fevralın 12-də Moskvada Fələstin lideri Mahmud Abbasla görüşəcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, fevralın 11-də Soçidə keçiriləcəyi gözlənilən görüşün vaxtı və yeri təyyarə qəzası səbəbindən dəyişdirilib.

Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, görüşün əsas mövzusunun İsrail-Fələstin nizamlanmasının yeni çoxtərəfli formatının yaradılması məsələsi olacağı gözlənilir.

Onun sözlərinə görə, görüşdə həmçinin Fələstinə iqtisadi dəstəyin genişləndirilməsi məsələsi müzakirə ediləcəyi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR