Tovuzda qəzada yaralanan şəxsi daşıyan təcili yardım avtomobili qəzaya uğrayıb - YENİLƏNİB - FOTOSESSİYA

Tovuzda qəzada yaralanan şəxsi daşıyan təcili yardım avtomobili qəzaya uğrayıb  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 20 mart 2018 13:35 (UTC +04:00)

Tovuzda sərnişin avtobusunun minik avtomobili və təcili yardım avtomobilinin "VA3 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

APA-nın Qərb bürosuna istinadən verdiyi məlumata görə, baş verən qəzalarda rayonun Düz Cırdaxan kəndinin sakinləri - 1954-cü il təvəllüdlü Məmmədov Aqşin Nurəddin oğlu və 1980-ci il təvəllüdlü Qəribov Seymur Sadəddin oğlu, o cümlədən 1961-ci il təvəllüdlü Abulbəyli kənd sakini Nağıyev Qüdrət Həsən oğlu xəsarət alıblar.

Hər 3 yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada yüngül xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsünə də ilkin tibbi yardım göstərilib.

***

saat 15.31

Bu gün Tovuzun Düz Cırdaxan kəndində yol nəqliyyat qəzası baş verib.

APA-nın Qərb bürosunun məlumatına görə, "Daewo" markalı sərnişin avtobusu ilə minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb.

Hadisə yerinə gedən təcili tibbi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində "VAZ 2106" markalı avtomobillə toqquşub.

Qəza zamanı təcili tibbi yardım avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR