Gürcüstan üzərindən yükdaşımaların 72%-i avtomobil yollarının payına düşüb

Gürcüstan üzərindən yükdaşımaların 72%-i avtomobil yollarının payına düşüb
# 30 iyul 2018 10:06 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Gürcüstan ərazisi ilə 14,7 mln. ton yük daşınıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yükdaşımaların həcmində 0,2 mln. ton azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstan üzərindən daşınmış yüklərin 72%-i (10,6 mln. ton) avtomobil yollarının payına düşüb. Bu göstərici illik müqayisədə 0,1 mln. ton çoxdur.

Dəmir yolu vasitəsilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mln. ton azalaraq 4,1 mln. ton təşkil edib.

Yanvar-may aylarında Gürcüstanda hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə illik müqayisədə 5,8 mln. ton azalaraq 8,7 mln. ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR