Tərtərdə qətl törədərək qaçan şəxs Bakıda tutulub

Tərtərdə qətl törədərək qaçan şəxs  Bakıda tutulub
# 21 dekabr 2016 07:26 (UTC +04:00)

İki gün əvvəl Tərtər rayonunda qətl törədərək qaçan şəxs saxlanılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtər rayon Polis Şöbəsi və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə apardığı axtarış tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Vüqar Tofiq oğlu Bakıda tutularaq Tərtər rayonuna aparılıb.

Qeyd edək ki, V. Hüseynov dekabrın 19-da keçmiş həyat yoldaşı Cəmilə Əhmədovanın Tərtər şəhərində kirayədə yaşadığı evin həyətində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən Q.Tanrıverdiyev orada ölüb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi açıqlanıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR