Ağcabədi sakinini at, Ağdam sakinini çaqqal dişləyib

Ağcabədi sakinini at, Ağdam sakinini çaqqal dişləyib
# 26 fevral 2019 14:53 (UTC +04:00)

Ağcabədi sakinini at, Ağdam sakinini çaqqal dişləyib.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Sadiq Yunis oğlu Quliyev öz həyətində toyuqlarına hücum çəkən çaqqalı qovmaq istəyərkən yırtıcı heyvanın hücumuna məruz qalıb.

Çaqqal onun sağ əl barmaqlarını dişləyib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Daha sonra xəstəxanaya Ağcabədi rayonunun Sarıcalı kənd sakini, 1974-cü il təvəllüdlü Samir Eldar oğlu Səfərov sağ əlinin yarası ilə müraciət edib. O, ilkin ifadəsində əlini atın dişlədiyini bildirib.

Hər iki yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından ONA-ya bildirilib ki, fevral ayında xəstəxanaya 20 nəfər it, 1 nəfər çaqqal, 1 nəfər at, 4 nəfər pişik və 1 nəfər siçan dişləməsindən müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR