Misirdə daşqınlar nəticəsində 22 nəfər ölüb

Misirdə daşqınlar nəticəsində 22 nəfər ölüb
# 30 oktyabr 2016 18:33 (UTC +04:00)

Misirdə yağan güclü yağış və baş verən daşqınlar nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı 72 nəfər xəsarət alıb.

Daşqınlar ən çox Sohaq şəhəri və Sinay yarımadasının cənubuna zərər vurub. Misir hökuməti daşqınlardan əziyyət çəkənlərə 5,6 milyon dollar ayıracağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR