Kiyev sakinindən silah arsenalı müsadirə edilib

Kiyev sakinindən silah arsenalı müsadirə edilib
# 22 oktyabr 2017 01:15 (UTC +04:00)

Ukrayna Təhlükəsizlik Xidməti Kiyev sahilindən silah arsenalı və 4 mindən çox patron aşkarlayaraq götürüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kiyev sakini yaratdığı hərbi aksessuarlar üzrə internet mağazası vasitəsi ilə silah-sursat satışını təşkil edib.

Saxlanılan şəxsin mənzilindən 3 ədəd “Kalaşnikov” avtomatı, iki karabin, TT tipli tapança, “Naqan” tipli iki tapança, siqnal tapançası, iki səs boğucusu, snayper silahı üçün optik nişangah və 4500-dək müxtəlif çaplı patron aşkarlanıb.

Cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR