Müdafiə Nazirliyi: Rusiya ABŞ-la dialoqdan imtina etmir

Müdafiə Nazirliyi: Rusiya ABŞ-la dialoqdan imtina etmir
# 11 oktyabr 2016 05:02 (UTC +04:00)

Bakı-APA. Rusiya Suriya böhranı ilə əlaqədar ABŞ-la dialoqdan imtina etmir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov bəyan edib.

"Rusiya bundan sonrada ardıcıl olaraq Suriyada terrorla mübarizə aparacaq və vəziyyətin gərginləşməməsi üçün çalışacaq. Biz ABŞ-la dialoqdan imtina etmirik, lakin dialoqu yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında aparmağa hazırıq. Münasibətlərimiz BMT-də, qurumun Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlar çərçivəsində davam edəcək", deyə Antonov bildirib.

Xatırladaq ki, oktyabrın 3-də rəsmi Vaşinqton Rusiya ilə Suriya üzrə ikitərəfli əməkdaşlığı dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR